İranda 16 gündür davam edən aksiyalar və qətliamlar fonunda Trampın “gəlirik” bəyanatına İran generallarının cavablarını bilirsiniz, bu gün ölkə polisinin rəhbəri Əhməd Radan da bu barədə danışıb. Aksiyalar, ölkədəki sabirlikdən, etirazçıların qətliamından bəhs etmək əvəzinə polis rəhbəri deyib, ABŞ 12 günlük müharibədə necə cavab aldısa, eləcə ağzından vurulacaq.
12 günlük müharibə üstündən min il keçmiş savaş deyil ki, alınıza gələni uydurub, cümədəkiləri manipulyasiya edəsiniz. Bu, cəmi bir neçə ay əvvəl olub - videoları, fotoları internetdə doludur, kim istəsə, yenidən baxa bilər!
ABŞ 12 günlük savaşda nüvə obyektlərinə zərbələr endirəndə allahın bir quşatanı da tapılmadı ki, ABŞ təyyarələrinə doğru yönəldib, heç olmasa, “daş atdıq” deyə biləsiniz. ABŞ İran səmasına necə daxil olmuşdusa, o cür də bombaları töküb çıxıb getdi!
12 günlük savaşda İsrailin bir qırıcısının belə “burnu qanamadı”: İran generalları yaşadıqları binanın yataq otağında məhv edildilər - həm də binanı dağıtmadan, o otaqlarda açılan bir raketlik dəliklərlə...
Yenə desə ki, 12 günlük savaşdan fərqli olaraq indi daha hazırlıyıq, adam bir az düşünər...
***
Bu gün Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanı Ermənistanın maliyyələşdirməsi barədə iddialar doğru deyil.
Ermənistana neft məhsulları satmışıq axı: indi bəzi erməni revanşistlər ortaya yeni mövzu atıblar ki, Azərbaycan büdcəsini ermənilər doldurur!
Üst-üstə bu axmaqlara 60-70 vaqon nöyüt göndərmişik, guya bunun pulu ilə büdcəmizi doldururuqmuş.
Bu bisəvad-qaraçı ermənilərin pul haqqında təsəvvürləri yoxdur ki! 60-70 vaqon heç Abdullayevin oğlunun İspaniyada bir göz qırpımında qapdırdığı saatın pulu deyil heç - siz nə danışırsınız?
Paşinyan da ciddi-ciddi “doğru deyil” deyir! Yox bir, doğru ola da bilərmiş! Bütün Ermənistanın büdcəsi azərbaycanlı nazir bir yana, icra başçısının bir aylıq xərcini ödəməz...
***
Neft demişkən: ABŞ Energetika Nazirliyi (EIA) 2026-cı ildə "Brent" markalı xam neftin orta qiyməti ilə bağlı proqnozunu 1,43% artıraraq bir barel üçün 55,08 dollardan 55,87 dollara qaldırıb.
Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollardan götürülüb.
Fərq böyükdür, bu fərq ilin sonunda büdcədə nə boyda deşik aça bilər, görəsən?
***
Azərbaycnda su itkisinin həcmi açıqlanıb: İnkişaf etmiş ölkələrdə 3-9 faizdir, bizdə 45 faiz.
Azərbaycan “ən pis göstəriciyə malik” Hindistanla müqayisə olunur - orda itki 50%-dir.
Bizdə su itkisinin ən çox kanallarda baş verdiyi bildirilir.
Ancaq məncə, itki doğru yerdə axtarılmır. Məsələn, “Azərsu”yun rəhbəri Qorxmaz Hüseynov vəzifədən çıxandan sonra onun dəniz qırağında hektarlarla ərazidəki villasından tutmuş şəhər mərkəzindəki qeyri-adi mülklərinə qədər, bir neçə milyard sərvətə sahib olduğu iddiası yayıldı.
Hazırkı sədr haqda məlumat yoxdur - bizdə axı vəzifədən çıxandan sonra hər şey üzə çıxır.
Yəni məncə, bizdə su itkisi deyildiyi qədər deyil, azdır, məsələn, 20 faiz, qalan 25 faizi yeyirik!
Hə, biz suyu içmirik, suyu basıb yeyirik - həm də vəhşi kimi, görməmiş kimi, firon kimi, dünyanı tutub-duracaq qurd kimi, Cimi kimi, Şaka kimi...
Azər Məlikli
BakuPost