ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə 30 illik mülki nüvə əməkdaşlığı sazişini təsdiqlədiyi iddia olunur.
“Bakupost” “Wall Street Journal”a istinadən xəbər verir ki, saziş Səudiyyə Ərəbistanında mülki nüvə proqramının qurulmasını və gələcəkdə uranın zənginləşdirilməsi imkanlarının yaradılmasını nəzərdə tutur. Məlumata əsasən, dəyərinin on milyardlarla dollar olacağı gözlənilən saziş çərçivəsində ABŞ şirkətləri Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun qurulmasında əsas rol oynayacaq. Zəruri hesab edilərsə, amerikalı şirkətlər ölkədə uran zənginləşdirmə müəssisəsi də tikə biləcək. ABŞ administrasiyası hesab edir ki, bu model Vaşinqtona Səudiyyə Ərəbistanının nüvə proqramına nəzarət etmək imkanı verəcək və proqramın hərbi məqsədlər üçün istifadə olunmasının qarşısını almağa kömək edəcək. Xəbərə görə, sazişin yaxın günlərdə ABŞ Konqresinə təqdim ediləcəyi gözlənilir.
Röya Rizvanzadə,
BakuPost