İran Prezidenti Məsud Pezeşkian və Pakistan Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
"Bakupost" xəbər verir ki, bu barədə Şahba Şərif özünün X hesabında bildirib.
Söhbət zamanı bölgədə gərginliyin artmasından sonrakı son hadisələr müzakirə olunub və bu kontekstdə sülhün möhkəmləndirilməsi istiqamətində "böyük çətinliklə əldə edilmiş" nailiyyətlərin qorunub saxlanması üçün təmkin nümayiş etdirilməsinin, dialoq və diplomatiyanın vacibliyi vurğulanıb.
Şərif regional sülhün bərqərar olması üçün İslamabadın Vaşinqton və Tehran arasında əsas vasitəçi rolunda davam etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər Pezeşkianın Pakistana son səfər zamanı razılaşdırılmış ikitərəfli əməkdaşlıq gündəliyini irəli aparmaq barədə razılığa gəliblər.