Ru
19:14 / 05 Fevral 2026

ABŞ-İran danışıqları ilə bağlı SON DƏQİQƏ - Təklif olunan şərtlər AÇIQLANDI

ABŞ-İran danışıqları ilə bağlı SON DƏQİQƏ - Təklif olunan şərtlər AÇIQLANDI
Eye

Qətərin “Əl-Cəzirə” kanalı Misir, Türkiyə, Qətər və digər ölkələrin vasitəçiliyi ilə ABŞ və İran arasında təklif olunan razılaşma çərçivəsini yayıb.

Bakupost.az “Azad İran”a istinadən xəbər verir ki, çərçivədə əsas şərtlər belədir:

İran üç il ərzində uranı zənginləşdirməyəcək, sonrakı dövrdə zənginləşdirmə 1,5%-dən aşağı səviyyədə məhdudlaşdırılacaq;

İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları üçüncü ölkəyə təhvil veriləcək;

İran regional proksi qüvvələrinə silah və hərbi texnologiya verməməyə razıdır;

İran zərbələr üçün ballistik raketlərdən istifadə etməyəcək;

Sazişə ABŞ və İran arasında təcavüzkarlığa qarşı pakt daxildir.

İndiyə qədər nə İran, nə də ABŞ nəşrin dərc etdiyi məlumatı rəsmi olaraq təsdiqləməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar