ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini, lakin nəticəsinin bəlli olmadığını bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "Truth Social" paylaşım edib.
Tramp yazıb: "İran İslam Respublikası və ABŞ-nin bir neçə gün əvvəl danışığı dayandırması ilə bağlı saxta xəbər mediasının yaydığı xəbərlər tamamilə yalandır. Dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, dünən və bu gün də daxil olmaqla, davamlı danışıqlar aparmışıq. Nəticə məlum deyil, amma dediyim kimi, bu və ya digər şəkildə, İran üçün razılaşma əldə etməyin vaxtıdır".