ABŞ ilə İran arasında gərginliyin gələcəyi ilə bağlı ekspertlər bir neçə mümkün ssenaridən danışırlar.
Bakupost.az xəbər verir ki, danışıqlar nəticəsiz qaldıqdan sonra bölgədə vəziyyətin necə inkişaf edəcəyi müzakirə olunur.
1.Kövrək atəşkəs
Mövcud atəşkəs uzunmüddətli sülh deyil, tərəflərin sadəcə vaxt qazanmaq üçün etdiyi müvəqqəti fasilə kimi qiymətləndirilir.
2.“Kölgə müharibəsi”
Tərəflər birbaşa böyük müharibəyə girmədən, hərbi hədəflərə və infrastruktura məhdud zərbələr endirə bilər.
3.Gizli diplomatiya
Pakistan, Qatar və Oman kimi ölkələr vasitəçilik edərək tərəfləri yenidən danışıqlara qaytara bilər.
4.Dəniz blokadası
ABŞ-ın Hörmüz boğazında dəniz blokadası tətbiq etməsi ehtimalı da müzakirə olunur. Bu addım İranın neft ixracına ciddi təsir göstərə bilər.
Röya Rizvanzadə, BakuPost