ABŞ İranın bütün hava yolu şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edəcək.
“Bakupost” xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent İranın bütün hava yolu şirkətlərinin sentyabrın 23-dən etibarən bağlanacağını bildirib.
Onun sözlərinə görə, İran aviaşirkətlərinə yanacaq və eniş xidmətləri göstərilməməli, onların biletlərinin satışı da dayandırılmalıdır. Əks halda bu xidmətləri göstərən qurumlar dollar sistemindən çıxarıla bilər.
Bessent bildirib ki, Vaşinqtonun İrana qarşı təzyiqləri daha da artırılıb və İranı dəstəkləyən qurumlara qarşı sanksiyalar tətbiq olunur.
Vüsalə Hüseynova,
BakuPost