Ru
23:38 / 10 İyul 2026

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Eye

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan İran vətəndaşı Əli Ənsari İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Müctəba Xamenei ilə əlaqədə ittiham olunaraq sanksiya siyahısına salınıb.

"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin bəyanatında deyilir.

Bundan əlavə, İrandakı valyuta mübadiləsi və pul köçürmələri şirkətləri ilə əlaqəli olan Məhəmməd Dərbani, Şükufə Rüstəmabadi, Möhsün Xəndan, Əliəsğər Xəndan, Əhməd və Əmir Nəvayi Ləvəsani, həmçinin Zəhra Sərşari də sanksiya siyahısına daxil ediliblər.

Sanksiya tətbiq edilən hüquqi şəxslərin siyahısında isə "Ləvəsani və Şərikləri" tam ortaq şirkəti, "Məhəmməd Dərbani və Şərikləri Sərrafılıq", "Möhsün Xəndan və Şərikləri", Honkonqda qeydiyyatdan keçmiş "CDM Trading Limited", BƏƏ-də fəaliyyət göstərən "Naba Al-Zaki Raw Materials Trading LLC" və "Smart Global Limited" şirkətləri yer alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar