Ru
15:59 / 08 Aprel 2026

ABŞ İranda baş verən hakimiyyət dəyişikliyindən sonra...

ABŞ İranda baş verən hakimiyyət dəyişikliyindən sonra...
Eye

ABŞ İranda baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkə ilə sıx əməkdaşlıq edəcək.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edib.

Dövlət başçısı qeyd edib ki, artıq İranda uranın zənginləşdirilməsi prosesi dayandırılacaq:

"ABŞ İranla birlikdə fəaliyyət göstərərək, yerin dərinliklərində gizlədilmiş bütün nüvə "tozlarını" B-2 bombardmançı təyyarələri ilə çıxaracaq və təmizləyəcək. Bu obyektlər hazırda və əvvəllər də Kosmik Qüvvələrin peykləri vasitəsilə ciddi nəzarət altında olub. Hücum baş verdiyi tarixdən bəri heç bir şeyə toxunulmayıb".

D. Tramp həmçinin rəsmi Tehranla sanksiyaların ləğvi və tariflərin yüngülləşdirilməsi barədə danışıqların aparıldığını bildirib:

"Biz İranla tariflər və sanksiyaların qaldırılması məsələsini müzakirə edirik və edəcəyik. Tərəfimizdən təklif olunan 15 bəndlik planın bir çox bəndi artıq razılaşdırılıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar