ABŞ İranda vurulan F-15 təyyarəsinin iki pilotunun xilası üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.
Əməliyyat çərçivəsində amerikalı pilotlardan biri uğurla xilas edilib.
Qeyd edək ki, SEPAH ABŞ-a məxsus F-15 qırıcısını vurduğunu iddia edib. Daha sonra yayılan məlumatda amerikalı pilotun əsir götürüldüyü bildirilib.