Ru
16:41 / 14 Yanvar 2026

“ABŞ İranla bazarlıq edir” – Politoloq

“ABŞ İranla bazarlıq edir” – Politoloq
Eye

“İranda baş verən hadisələr İranın daxili işləridir. ABŞ və ya Avropa ölkələrinin bu proseslərə müdaxilə cəhdləri sonradan daha ağır nəticələrə səbəb ola bilər. Mənim fikrimcə, ABŞ-nin, xüsusilə də onun prezidenti Donald Trampın verdiyi açıqlamalar birmənalı şəkildə qiymətləndirilə bilməz”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib.

O xatırladıb ki, Donald Trampın İrana qarşı ən sərt bəyanatları İran–ABŞ təmaslarından dərhal sonra səsləndirilib:

“Burada əsas sual budur: məsələ nədən ibarətdir? ABŞ-nin İrandan müəyyən tələbləri var və İran bu tələbləri yerinə yetirmək istəmir. Əgər indiki mərhələdə İrana hərbi müdaxilə baş verərsə, bu o demək olacaq ki, ABŞ İrandan istədiklərini ala bilməyib”.



Politoloqun sözlərinə görə, Vaşinqtonun Tehrandan tələbləri kifayət qədər genişdir:

“Nüvə proqramı, neft satışı, ballistik raket istehsalı və digər məsələlərlə bağlı ABŞ-nin İrana qarşı ciddi tələbləri mövcuddur. Əgər ABŞ bu tələbləri yaxın vaxtlarda reallaşdıra bilməsə, böyük ehtimalla İrandakı iğtişaşları, rejimin sərt davranışını və etirazçılara atəş açılmasını bəhanə edərək hərbi zərbələr endirəcək”.

Elçin Xalidbəyli qeyd edib ki, əks ssenari də mümkündür:

“Əgər ABŞ yaxın günlərdə İrandan öz istədiklərini ala bilsə, hərbi müdaxilə gündəmdən çıxacaq. Burada açıq şəkildə bir bazarlıq gedir. Donald Tramp bu bazarlığı İranda baş verən kütləvi etirazlar üzərindən aparır”.

Politoloq vurğulayıb ki, mümkün hərbi zərbələr yalnız bir halda reallaşa bilər:

“Əgər ABŞ İrana zərbə endirərsə, tam əmin olmaq olar ki, Tehran Vaşinqtonun tələblərini yerinə yetirməyib”.

Lalə Novruz
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar