ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink verdiyi bəyanatda kosmosda silah yerləşdirildiyini ilk dəfə açıqlayıb.
“Bakupost” yerli KİV-lərə istinadən xəbər verir ki, Meink orbitdəki silahın ABŞ qüvvələrini düşmənlərin hücumlarından qorumaq üçün zəruri olduğunu bildirib. ABŞ-nin "artan təhdidlərə" qarşı hazır olduğunu vurğulayan Meink silahın imkanları və ya orbitə nə vaxt yerləşdirildiyi barədə ətraflı məlumat verməyib.
ABŞ Kosmik Qüvvələrindən verilən bəyanatda isə bu ifadələr yer alıb: "Kosmik nəzarət kosmos sahəsində rəqabət aparmaq və üstünlük təmin etmək üçün zəruri olan tapşırıq istiqamətlərini əhatə edir. Bunun üçün ehtiyac yarandıqda rəqiblərin imkanlarını sıradan çıxarmaq, zəiflətmək və hətta məhv etmək məqsədilə kinetik və kinetik olmayan üsullardan istifadə olunur. Bu imkanlar döyüş komandanlıqlarının təlimatlarına uyğun olaraq hücum və müdafiə məqsədləri üçün istifadə edilə bilər".
Bəyanatda bildirilir ki, Çin "hərbi modernləşdirmə strategiyasının bir hissəsi olaraq kosmik və əks-kosmik imkanlarını inkişaf etdirir. Rusiya isə kosmosa bir döyüş sahəsi kimi baxır. Həmçinin rəsmi Moskva kosmosda üstünlüyün gələcək münaqişələrdə həlledici amil olacağına inanır.
Bilal,
BakuPost