Ru
13:53 / 27 Mart 2026

ABŞ-la ticarət niyə azaldı? – Ekspert səbəbləri açıqladı

ABŞ-la ticarət niyə azaldı? – Ekspert səbəbləri açıqladı
Eye

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsində azalma qeydə alınıb.

Bakupost.az xəbər verir ki, cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi 78,2 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz azdır.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov bildirib ki, bu cür dəyişiklikləri qısa zaman kəsiyi üzrə qiymətləndirmək düzgün deyil:

“İki aylıq qısa müddətə baxaraq dinamika ilə bağlı nəticə çıxarmaq doğru yanaşma deyil. Çünki bu prosesə çoxsaylı texniki amillər təsir göstərir. Şirkətlərin idxal-ixrac planlarının digər aylara düşməsi, ehtiyatların əvvəlcədən formalaşdırılması, nəqliyyatda gecikmələr, eləcə də mal qruplarının strukturu bu göstəricilərə birbaşa təsir edə bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin həcmi nisbətən kiçik olduğundan, bazarda bir və ya bir neçə iri şirkətin fəaliyyəti belə ümumi statistikaya ciddi təsir göstərə bilir.

Rəşad Həsənov qeyd edib ki, hər hansı bir şirkətin bazardan çıxması və ya yeni oyunçunun daxil olması belə dövriyyədə nəzərəçarpacaq dəyişiklik yarada bilər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk iki ayında Azərbaycandan ABŞ-a ixrac 55,7 faiz artaraq təxminən 16 milyon dollara çatıb. Eyni dövrdə ABŞ-dan idxal isə 33,4 faiz azalaraq 62,2 milyon dollar səviyyəsində qərarlaşıb.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar