Ru
18:25 / 27 İyun 2026

“ABŞ memorandumun iki bəndini pozub” − İran

“ABŞ memorandumun iki bəndini pozub” − İran
Eye

“ABŞ İranla münaqişənin həlli ilə bağlı imzalanmış anlaşma memorandumunun iki bəndini pozub”.


Bakupost.az xəbər verir ki, bu barədə İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib.

“ABŞ regiondakı öz proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə (İsrailin Livandakı hərəkətlərinə istinad edərək) memorandumun birinci bəndini pozub və Hörmüz boğazında gərginliyi artırmağa davam etməklə beşinci bəndi pozub.

Memorandumun hər hansı bir pozulmasına cavab sürətli və sarsıdıcı olacaq”, - o, paylaşımında yazıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı dünən Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini təsdiqləyib. Məlumata görə, ABŞ təyyarələri İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. İslam Respublikası da öz növbəsində ABŞ hərbi yerləşdirmə məntəqələrinə cavab olaraq hücum etdiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar