Ru
15:26 / 31 Mart 2026

ABŞ minlərlə paraşütçünü Yaxın Şərqə göndərir

 ABŞ minlərlə paraşütçünü Yaxın Şərqə göndərir
Eye

ABŞ paraşütlə eniş edən xüsusi qüvvələrə aid minlərlə əsgəri Yaxın Şərqə göndərməyə başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” müxtəlif iki rəsmi mənbəyə istinadən məlumat yayıb.


Vurğulanır ki, bu addım ABŞ prezidenti Donald Trampın İranla bağlı vəziyyətdə atacağı növbəti addımları dəyərləndirdiyi bir vaxtda həyata keçirilir. Hərbçilər “Fort Bragg” hərbi bazasından göndərilib. Son günlər bölgəyə minlərlə dənizçi, dəniz piyadası və xüsusi təyinatlı hərbçi də yerləşdirilib. Rəsmilər hərbçilərin konkret olaraq hansı ölkəyə göndərildiyini açıqlamayıblar. Bu qüvvələr arasında komanda heyəti, təminat bölmələri və bir döyüş briqadası da var.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar