Ru
18:10 / 11 Oktyabr 2025

ABŞ mükafat vəd etdi: İranın bu şirkəti haqqında məlumat verənə...

ABŞ mükafat vəd etdi: İranın bu şirkəti haqqında məlumat verənə...
Eye

ABŞ Dövlət Departamenti "Ədalət üçün mükafat" ("Rewards for Justice") proqramı çərçivəsində İranın "Bejol Pars" şirkətinin maliyyə fəaliyyəti ilə bağlı məlumatlar müqabilində 15 milyon dollara qədər mükafat elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Proqramın elanında qeyd edilir ki, Mehdi Farşçi və Məcid Nili-Əhmədabadi ABŞ tərəfindən terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) lazımi həssas avadanlıq və materiallarla təchiz edilməsində iştirak edən böyük ticarət şirkətinin - "Bejol Pars"ın agentləridir.

Mövcud məlumatlara görə, Mehdi Nili-Əhmədabadi şirkətin İsfahandakı, Mehdi Farşçi isə Tehrandakı filialına rəhbərlik edir.

Dövlət Departamentinin bəyanatında vurğulanır ki, "Bejol Pars" şirkəti on ildən artıqdır, İranın hərbi strukturlarının maraqları naminə çirkli pulların yuyulması əməliyyatlarında iştirak edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar