ABŞ-nin Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri Bazasından qalxdıqdan qısa müddət sonra B-52 tipli bombardmançı təyyarənin qəzaya uğraması geniş əks-səda doğurub.
Bakupost.az xəbər verir ki, ABŞ mediasının hərbi mənbələrə istinadən yaydığı məlumata görə, təyyarədə olan 8 ekipaj üzvünün hamısının həlak olduğu güman edilir. Rəsmilər bildiriblər ki, ilkin araşdırmalar qəza zamanı sağ qalma ehtimalının son dərəcə aşağı olduğunu göstərir.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Bahar Babaşova, BakuPost