Ru
14:00 / 17 İyul 2026

ABŞ-nin İrana zərbələri davam edir: Ölənlərin sayı 38-ə çatdı

ABŞ-nin İrana zərbələri davam edir:  Ölənlərin sayı 38-ə çatdı
Eye

ABŞ-nin İrana endirdiyi son hava zərbələri nəticəsində ölənlərin sayı 38-ə çatıb. Yaralananların sayının 400-ü keçdiyi bildirlir.

“Bakupost” İran mediasına istinadən xəbər verir ki, ABŞ-nin hücumları zamanı Hörmüzgan əyalətində iki körpü və Bəndər-Abbas şəhərində dəmir yolu bağlantı stansiyası hədəfə alınıb.

İranın cavab zərbələrindən sonra Bəhreyn, Küveyt və Qətərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmilər hava hücumundan müdafiə sistemlərinin işə salındığını, əhaliyə isə təhlükəsiz yerlərdə qalmaları barədə xəbərdarlıq edildiyini bildiriblər.

Qarşıdurma ABŞ Prezidenti Donald Trampın İranın enerji və nəqliyyat infrastrukturunu hədəfə alacaqları ilə bağlı bəyanatından sonra daha da kəskinləşib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar