Ru
17:10 / 16 Sentyabr 2026

ABŞ-nin Körfəz ölkələrinə yeni vədləri: Amma özü də narahatdır

ABŞ-nin Körfəz ölkələrinə yeni vədləri: Amma özü də narahatdır
Eye

ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksəkrütbəli hərbi rəhbərləri İranla müharibəni və regiondakı gərginliyi müzakirə etmək üçün ötən həftə Almaniyada görüşüblər.

"Bakupost" xəbər verir ki, bu barədə “Axios” İsrailin iki rəsmisinə istinadla məlumat yayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkil etdiyi qapalı görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak ediblər.

Məlumata görə, görüşdə Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə olunub.

Admiral Bred Kuper Amerika qüvvələrinin regiondan çıxarılmayacağını bildirərək, iştirakçıları habelə Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-nin planı barədə məlumatlandırıb.

Hərbi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, tərəflər Yaxın Şərqdə yaşanan problemləri aradan qaldırmaq üçün bir araya gəliblər:

“Yaxın Şərqdəki vəziyyət hər bir ölkəni narahat edir. O cümlədən, ABŞ Mərkəzi Komandanlığı da baş verənlərdən narahatdır. Ona görə də Vaşinqton Yaxın Şərqin bir sıra ərəb ölkələrini bir yerə toplayıb. Tərəflər çalışır ki, ABŞ-nin Yaxın Şərqdəki bazalarına xətər dəyməsin. ABŞ hərbi qulluqçuların həyatlarına müəyyən təhlükələr var. Habelə, hərbi bazalarda bir sıra daimi əsaslarla olan infrastrukturlar sıradan çıxarılıb. Hərbi hava qüvvələri. Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi məsələsi də görüşdə müzakirə olunub”.

Müsahibimizin sözlərinə görə, həmin görüşdə problemlərin həlli üçün müəyyən planlar da təsdiqlənib:

“Mərkəzi Komandanlıq Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn və digər ölkələrə Hava Hücumundan Müdafiə, müasir hərbi avadanlıqların verilməsi istiqamətində ABŞ-nin müəyyən hərbi dəstək verəcəyinə söz verib”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar