Ru
15:17 / 01 Avqust 2026

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı
Eye

İran limanlarının dəniz blokadası bərpa olunduğundan bəri ABŞ ordusu 30 ticarət gəmisinin istiqamətini dəyişməyə məcbur edib.


"Bakupost" xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X səhifəsində yerləşdirilib:

"31 iyul tarixinə olan məlumata görə, CENTCOM 30 ticarət gəmisinin marşrutunu dəyişdirib, ikisini sıradan çıxarıb və tam uyğunluğu təmin etmək üçün daha ikisinə hərbçi çıxarıb".


Bildirilir ki, ABŞ ordusu humanitar yardım çatdırmaq üçün təxminən 30 gəminin tranzit keçməsinə icazə verib.

CENTCOM-un məlumatına görə, Yaxın Şərqdə 20-dən çox ABŞ hərbi gəmisi var. ABŞ-ın İranın dəniz blokadasını 14 iyulda bərpa edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar