Ru
15:40 / 20 İyul 2026

ABŞ ordusunda itkilər artır

ABŞ ordusunda itkilər artır
Eye

ABŞ-nin Yaxın Şərqdəki hərbi itkilərinin artdığı bildirilib.

“Bakupost” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniyada İranın hücumu zamanı itkin düşən ABŞ hərbçisinə aid olduğu ehtimal edilən insan qalıqlarının tapıldığını açıqlayıb. Qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bundan başqa, İraqın şimalında İrana məxsus pilotsuz uçuş aparatının partlamamış sursatının zərərsizləşdirilməsi zamanı bir ABŞ hərbçisi həlak olub, daha biri isə yüngül xəsarət alıb.

CENTCOM həlak olan və itkin düşən hərbçilərin şəxsiyyətinin ailələr məlumatlandırılana qədər açıqlanmayacağını bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar