Ru
23:50 / 31 İyul 2026

ABŞ prezidenti: Bunu Ukraynaya versək, bizə qarşı istifadə edə bilər

ABŞ prezidenti: Bunu Ukraynaya versək, bizə qarşı istifadə edə bilər
Eye

Biz çox ehtiyatlı olmalıyıq. Buna görə də biz hələ “Patriot”la bağlı razılığa gəlməmişik. Lakin bunu müzakirə etmişik. Belə texnologiyaların verilməsi çox mürəkkəb məsələdir və mən düşünmürəm ki, bu, nə vaxtsa baş versin. Çünki bu texnologiyanı verdiyiniz tərəf bir gün onu sizə qarşı da istifadə edə bilər.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

Qeyd edək ki, daha öncə də “Atlantik” nəşrinin yaydığı məlumatda ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı Kiyevin xahiş etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 300 raket-tutucunun verilməsindən imtina etdiyi bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar