Ru
09:36 / 04 May 2026

ABŞ rus diplomatlarının uşaqlarına bunu məcburi tətbiq edir

ABŞ rus diplomatlarının uşaqlarına bunu məcburi tətbiq edir
Eye

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ni rus diplomatlarının uşaqlarına məcburi şəkildə vətəndaşlıq tətbiq etməkdə ittiham edib.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Zaxarova bu barədə “Vedomosti” qəzetində dərc olunan məqaləsində yazıb. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Amerika yurisdiksiyasında doğulan rus diplomatlarının uşaqlarına “torpaq hüququ” prinsipi əsasında vətəndaşlıq tətbiq edir.

Diplomat qeyd edib ki, bu praktika 2023-cü ildən etibarən tətbiq olunur və rus diplomatik personalına qarşı diskriminasiya xarakteri daşıyır.

Zaxarova əlavə edib ki, bu addım konsul toxunulmazlığının məhdud şərhi ilə əsaslandırılır və vəziyyəti “öz toruna düşən Hörümçək adam haqqında komiksə” bənzədib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar