Rusiya ABŞ-ın hərəkətləri səbəbindən nüvə sınaqlarına hazırlaşmağın mümkünlüyünü qiymətləndirməyə başlamaq məcburiyyətində qalıb.
Bakupost.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.
"Donald Tramp ABŞ-ın prezidentidir və bu cür sözlərin nəticələri qaçılmazdır: Rusiya tam nüvə sınaqlarının aparılmasının məqsədəuyğunluğunu özü qiymətləndirməyə məcbur olacaq”.
Qeyd edək ki, Qeyd edək ki, oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlamışdı. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə Trampın bu qərarına reaksiyasında vurğulayıb ki, əgər ABŞ və ya Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi haqqında Müqavilənin digər iştirakçıları belə sınaqlar apararsa, Rusiya da adekvat cavab tədbirləri görəcək.