Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.
“Bakupost” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında elan yerləşdirilib.
Qeyd olunub ki, MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Həmçinin müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək.
Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.
Eyni zamanda namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Qeyd edək ki, vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub.
İşlə bağlı müraciət 0552852226
Mən qəbulda olmaq isdiyirem 13 il iş təcrübəm var
Men orda ise goturseler sevincimden 1ci gunu ureyim dayanar
Salam Bu iş menim üçün uygundu ama dil səviyyem orta səviyyədədi Ali təhlsilyem isdesez CV ata bilerrm
Abdulov
Vakansiyaya müraciət etmək istəyirdim
Çox ehtiyacım var işə
Mən Ali təhsilliyəm hal hazırda təqaüddəyəm 40 yaşım var işləmək istəyirəm. 077-577-57-85 yalnız votsap
Hardan müraciət edə bilərəm
Azizli
Mən necə düzələ bilərəm bu işə
Salamat 07777492526nomrem
İşləmək istəyirəm
Qəbul
İş insanı yaşadir