ABŞ qüvvələri Ərəb dənizində İranla əlaqəli olduğu güman edilən “MV Blue Star III” adlı ticarət gəmisinə hücum edib.
Bakupost.az xəbər verir ki, ABŞ hərbçiləri gəmidə axtarış aparıb, lakin marşrutunun İran limanına yönəlmədiyini, gəminin İrana aid olmadığını müəyyən etdikdən sonra onu sərbəst buraxıb.
Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri Orta Şərq üzrə fəaliyyətini davam etdirir və tətbiq olunan dəniz mühasirəsinə nəzarət edir. İndiyədək 39 gəminin marşrutunun dəyişdirildiyi bildirilir.
Röya Rizvanzadə, BakuPost