Ru
09:37 / 14 Noyabr 2019

ABŞ senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı - Ərdoğan Tramp görüşündən sonra

ABŞ senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı -  Ərdoğan Tramp görüşündən sonra
Eye

Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.


BakuPost "RİA Novosti”yə istinadla xəbər verir ki, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.


"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.

Xatırladaq ki, "Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar