ABŞ və İran rəsmiləri çox yaxın gələcəkdə daha bir görüş keçirəcəklər.
"Bakupost" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, sentyabrın 22-də ABŞ və İran nümayəndələri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində danışıqlar aparıblar.
"Deyiləcək bir şey yoxdur. Onlar çox məhsuldar bir görüş keçirdilər. Və çox yaxın gələcək üçün daha bir görüş planlaşdırılıb", - deyə Tramp bildirib.
Ağ Ev rəhbəri Stiv Vitkov və Cared Kuşnerin görüşdə iştirak etdiyini təsdiqləyib.