Ru
21:05 / 12 İyun 2026

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı
Eye

ABŞ və İran sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər.


Bakupost.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında paylaşım edib.

"Pakistanın intensiv vasitəçilik səyləri fonunda sülh sazişini sabotaj etmək istəyənlərin apardığı davamlı dezinformasiya kampaniyasından tamamilə xəbərdarıq. Bütün bunu kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin razılaşdırılmış yekun mətni artıq hazırdır. Pakistan hazırda növbəti addımları tamamlamaq üçün hər iki tərəflə yaxından işləyir. Sülh heç vaxt indiki qədər yaxın olmayıb",- o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranla ABŞ-nin memorandum imzalamağa yaxın olduğunu bəyan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar