Ru
18:56 / 04 İyul 2026

ABŞ və İran yenidən danışıqlar masasına qayıdır: Tarix açıqlandı

ABŞ və İran yenidən danışıqlar masasına qayıdır: Tarix açıqlandı
Eye

İran və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundunun iyulun 11-də Pakistanda keçirilməsi planlaşdırılır.

"Bakupost" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı İrana qarşı tətbiq olunan sanksiyalar, ölkənin dondurulmuş aktivlərinin açılması, eləcə də İslam Respublikasının nüvə proqramı müzakirə ediləcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehranla aparılan danışıqlara bir həftəlik fasilə verildiyini açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar