Ru
13:12 / 15 İyun 2026

Acunun komandası millimizin üzvünü istəyir

Acunun komandası millimizin üzvünü istəyir
Eye

"Neftçi"nin qapıçısı Rza Cəfərov karyerasını xaricdə davam etdirməyə yaxındır.

Bakupost.az azerisport.com-a istinadən xəbər verir ki, millimizin gənc qolkiperinə ən ciddi maraq göstərən klub Sloveniyanın "Maribor" kollektivdir.

Sloveniyalılar transferi artıq bu yay başa çatdırmaq niyyətindədirlər.

Bundan əlavə, Cəfərov Rumıniyanın "Dinamo" (Buxarest), İranın "Traktor" və Finlandiyanın HİK kimi klublarının da transfer siyahısında yer alır. "Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun da Rzaya şans vermək istədiyi bir vaxtda gənc qapıçının hansı addımı atacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Cəfərovun "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirib.

"Maribor" klubunun sahibi türkiyəli iş adamı Acun İlıcalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar