Ru
12:06 / 10 İyun 2026

Adil Kərimli bu iddiaları rədd etdi

Adil Kərimli bu iddiaları rədd etdi
Eye

Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.

Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:

"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".

A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:

"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".

O həmçinin bildirib ki, nazirlik kitabxanalarla bağlı dünya standartları əsasında yeni model formalaşdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar