Ru
14:42 / 12 İyun 2026

Aeroportda çamadandan çıxanlar şoka saldı - FOTO

Aeroportda çamadandan çıxanlar şoka saldı - FOTO
Eye

İstanbul hava limanında İspaniya pasportuna malik sərnişinin çamadanından 22.5 kiloqram marixuana aşkar edilib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları şübhəli şəxsi ciddi nəzarətə götürüblər.

Sərnişinin çamadanının rentgen aparatı vasitəsilə yoxlanılması zamanı paketlərə qablaşdırılmış külli miqdarda narkotik vasitə tapılıb.

Şübhəli şəxs gömrük işçiləri tərəfindən saxlanılıb. Müsadirə olunmuş narkotik vasitələrin bazar dəyəri 20 milyon 300 min lirə (təxminən 746 331 manat - red.) təşkil edir.

İstintaq tədbirlərinin ardınca şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar