Ru
21:53 / 17 Sentyabr 2026

Afət Fərmanqızı bloqeri məhkəməyə verdi

Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
Eye

Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.


"Bakupost" “Oxu.az”a istinadla xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.

Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.


Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb. O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar