Ru
19:16 / 10 İyul 2026

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi
Eye

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.


"Bakupost" Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Seyidzadə daha əvvəl həmin muzeydə mütəxəssis vəzifəsində çalışıb.

Xatırladaq ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevral ayında vəfat edib.

Universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar