Ru
18:00 / 01 Oktyabr 2026

Ağ Evdə 15 trilyon dollarlıq masa: Süni intellektin adı dəyişdi

Ağ Evdə 15 trilyon dollarlıq masa: Süni intellektin adı dəyişdi
Eye

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə süni intellekt sahəsində tarixin ən böyük toplantısını reallaşdırıb.

“Bakupost” xəbər verir ki, zirvəyə “Meta”nın baş direktoru Mark Zukerberq, “Alphabet”in baş direktoru Sundar Piçai, “Microsoft”un baş direktoru Satya Nadella, “Nvidia”nın baş direktoru Censen Huanq, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask, “Advanced Micro Devices”ın (AMD) baş direktoru Liza Su, “Anthropic”in baş direktoru Dario Amodei və “OpenAI”ın prezidenti Qreq Brokman qatılıblar.

Toplantıda masada yer alan bütün süni intellekt şirkətlərinin ümumi dəyəri 15 trilyon dolları keçir.

Bütün sistemi nəzarətdə saxlamaq üçün 10 nəfərdən ibarət komitə yaradıla biləcəyini qeyd edən Tramp razılaşmanın “əxlaqi cəhətdən bağlayıcı” olacağını vurğulayıb.

ABŞ-nin bu sahədəki üstünlüyünü qoruyacağını bəyan edən Trump “süni intellekt” (AI) əvəzinə “super intellekt” (SI) termininin istifadə olunmasını nəzərdə tutan prezident fərmanı imzalayıb. Fərmana əsasən, bütün nazirlik və dövlət qurumlarının rəsmi yazışmalarda “super intellekt” və “SI” terminlərindən istifadə etməsi məcburi olacaq.

Yeni razılaşmaya görə, şirkətlər güclü daxili nəzarət mexanizmləri quracaq, bu nəzarətin effektivliyini qiymətləndirmək üçün müstəqil xarici auditorla işləyəcək və hər bir şirkətdə auditorların hesabatlarını dəyərləndirəcək xüsusi komitə yaradılacaq. Sektor nümayəndələri ilə məsləhətləşmələr aparan Tramp sazişin icrasına nəzarət edəcək şəxsin adını yaxın günlərdə açıqlayacağını bildirib.

Süni intellektin inkişafının ləngidilməsi ilə bağlı çağırışlara qarşı çıxan Tramp bu texnologiyanın məhdudlaşdırılmasını dəstəkləmədiyini və Çinlə bu sahədə qətiyyən əməkdaşlıq etmək istəmədiyini vurğulayıb.

Bilal
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar