Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşü məhsuldar adlandırıb.
"Bakupost" xəbər verir ki, Zelenski görüş zamanı "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyalar və müdafiə sahəsində digər təşəbbüslərin müzakirə olunduğunu bildirib.
Onun sözlərinə görə, tərəflər diplomatik prosesin sürətləndirilməsi məsələsinə də toxunublar. Zelenski qeyd edib ki, iki ölkənin komandaları gələcək əməkdaşlığın detallarını razılaşdıracaq.
Ukrayna lideri ABŞ-yə göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkürünü ifadə edib.
***
Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə görüşü başlayıb.