Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.
Bakupost.az xəbər verir ki, Hüsülü kənd sakinləri olan Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.
Hər iki yeniyetmənin 16 yaşı var.