Ağdaş şəhərində yanğın olub.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, yaxınlıqda sahəsi 200 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan əşyalar 48 m² sahədə yanıb.
Evin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.