Ru
18:10 / 10 Avqust 2026

Aİ-nin digər üzü: Rusiyadan qaz idxalını artırır

Aİ-nin digər üzü: Rusiyadan qaz idxalını artırır
Eye

Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Avropa İttifaqının (Aİ) bu ölkədən mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb.

Bakupost.az xəbər verir ki, "Welt am Sonntag" qəzetinin Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına istinadən verdiyi məlumata görə, Aİ ölkələri iyun ayında Rusiyadan bir il əvvələ nisbətən 14 faiz daha çox mayeləşdirilmiş təbii qaz alıblar.

Rusiyadan qaz alan Aİ ölkələri sırasında Fransa liderliyini saxlamaqda davam edir.
Təşkilatın hesablamalarına görə, Rusiyanın Avropaya enerji təchizatından əldə etdiyi gəlir də gündəlik 60 milyon avroya yüksəlib.
Maraqlıdır ki, bu artım Aİ-nin Rusiyadan uzunmüddətli mayeləşdirilmiş təbii qaz idxalına tam qadağanın 1 yanvar 2027-ci il tarixində qüvvəyə minməsini planlaşdırdığı bir ərəfədə baş verir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar