Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astanada keçirilən sammitində iştirak edən dörd ölkənin lideri Ermənistanla bağlı bəyanat qəbul edərək onu ölkənin baş nazir müavini Mqer Qriqoryana təqdim edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş zamanı İrəvanın mövqeyi ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Kreml rəsmisi təsdiqləyib ki, sənədi Ermənistanın baş nazir müavini Mqer Qriqoryan İrəvana aparacaq. O əlavə edib ki, bəyanat Kremlin rəsmi saytında yayımlanacaq.
Qeyd edək ki, Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Sammitdə Ermənistanı baş nazir müavini təmsil edib, digər ölkələr isə dövlət başçıları səviyyəsində iştirak ediblər.