Ru
14:02 / 05 Avqust 2026

“Airbus”dan yeni texnologiya: Təyyarələrin qanadları daha uzun olacaq

“Airbus”dan yeni texnologiya: Təyyarələrin qanadları daha uzun olacaq
Eye

Avropanın təyyarə istehsalçısı “Airbus” gələcəyin sərnişin təyyarələri üçün hazırladığı “Wing of Tomorrow” (“Gələcəyin qanadı”) layihəsini təqdim edib.

“Bakupost” xəbər verir ki, şirkətin hazırladığı yeni texnologiya daha uzun və qatlanan qanadlardan istifadə etməklə təyyarələrin yanacaq sərfiyyatını və karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.

Məlumata görə, yeni nəsil qanadlar hazırkı sərnişin təyyarələrinin qanadlarından daha uzun olacaq. Bu isə təyyarənin aerodinamik göstəricilərini yaxşılaşdıraraq daha az enerji sərf etməsinə imkan verəcək.

Lakin uzun qanadlar hava limanlarının mövcud infrastrukturunda problemlər yarada biləcəyi üçün “Airbus” fərqli həll yolu seçib. Şirkət təyyarə yerə endikdən sonra qanad uclarının yuxarı qatlanmasını nəzərdə tutur. Beləliklə, təyyarə havada uzun qanadların üstünlüklərindən yararlanacaq, yerdə isə mövcud hava limanlarına uyğunlaşacaq.

Şirkət bildirir ki, bu texnologiya sayəsində yanacaq sərfiyyatında və karbon emissiyalarında iki rəqəmli faizlə ifadə olunan azalma əldə etmək mümkündür.

Bununla belə, “Airbus” qatlanan qanadlarla sınaqlara dərhal başlamayacaq. Şirkət əvvəlcə növbəti üç il ərzində eyni aerodinamik xüsusiyyətlərə malik, lakin qatlanmayan qanadlarla uçuş testləri aparacaq. Sınaqların məqsədi yeni texnologiyanın təhlükəsizliyini və səmərəliliyini real uçuş şəraitində yoxlamaqdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar