Ölkənin aparıcı informasiya portallarından biri olan Ajans.az-ın 2 yaşı tamam olur.
“Bakupost” xəbər verir ki, portal bu qısa müddət ərzində oxucuların etibarını qazanaraq operativ və dürüst xəbərin ünvanına çevrilib.
Yaradıldığı gündən etibarən cəmiyyətin diqqət mərkəzində olan vacib hadisələri, yerli və beynəlxalq xəbərləri obyektiv şəkildə işıqlandıran portal peşəkar prinsiplərə sadiqliyini nümayiş etdirir.
Kollektiv bundan sonra da oxucularına keyfiyyətli məlumatlar təqdim etməklə yanaşı, media məkanında öz mövqeyini daha da gücləndirməyi hədəfləyir.
Biz də həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!