Məşhur türk müğənnu Ajda Pekkan Tailanddan 25 min dollara, təxminən 1,2 milyon türk lirəsinə gənclik iksiri gətirdiyi barədə iddiaya öz "gənclik resepti" ilə cavab verib.
"Bakupost" xəbər verir ki, 80 yaşlı Ajda Pekkanın Tailanddan 25 min dollara gənclik iksiri gətirdiyi irəli sürülüb. Müğənni bu iddianı təkzib edib.
Jurnalist Mügə Dağıstanlıya danışan Pekkan gülərək deyib:
"Mən də bunu eşitmişəm! Qətiyyən belə bir şey yoxdur. Həddindən artıq bahalı və əlçatmaz şeyləri heç sevmirəm. Mütləq iksir istəyirlərsə, deyim. Çox sadə və ucuzdur. Erkən yatıram, 8 saat yatıram. Səhərlər ilıq suya bir çay qaşığı bəkməz qatıb içirəm. Bir az da limon damızdırıram".(Demokrat.az)