Ru
22:50 / 21 May 2026

Akif İslamzadə xəstəxanadan evə buraxıldı

Akif İslamzadə xəstəxanadan evə buraxıldı
Eye

Müğənni Akif İslamzadənin səhhəti normallaşır.

Bakupost.az Qaynarinfo.аz-a istinadla xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.

O, artıq xəstəxanadan evə buraxıldığını açıqlayıb:

"Hazırda evimdə olsam da, müalicəm davam edir. Narahat olan dostlara deyirəm ki, hər şey yaxşıdır. Dostlar, tanışlar evdə də məni tək qoymurlar, gəlib baş çəkirlər".

Akif İslamzadə bütün dostlara təşəkkür edib.
Qeyd edək ki, bir neçə gün öncə müğənni Akif İslamzadənin səhhətində problemlər yaranıb. Həkimlər onun infarkt keçirdiyini vurğulayıb. Sənətçinin ürəyinə stend qoyulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar