Ru
01:27 / 16 İyul 2026

Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir

Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Eye

Aktyor Taleh Yüzbəyovun dondurma reklamı birmənalı qarşılanmayıb. Onun qadınları dondurma ilə müqayisə etməsi müzakirələrə səbəb olub.

Nəticədə meydana gələn narazılıq nəticəsində dondurma mağazası reklamı silib və izləyicilərdən üzr istəyib. Lakin aktyor videonun reklamsız halını yenidən paylaşıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də sözügedən reklamın müasir cəmiyyətin mənəvi dəyərlərinə və insan ləyaqətinə hörmət prinsipinə zidd olduğunu bildirib.


"Bakupost" xəbər verir ki, sosial şəbəkələrdə isə Taleh Yüzbəyovla bağlı linç kampaniyası gedir. Onu, ailəsini, hətta azyaşlı övladını təhqir etməkdən çəkinmirlər. Aktyor özü bu məsələ ilə bağlı video-müraciət yayıb. T.Yüzbəyov müraciətdə özünü, ailəsini söyənləri qınayır, onları normal mübarizə aparmağa səsləyir.

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, sözügedən reklam çarxının təkcə cəmiyyətdə geniş müzakirə olunması öz-özlüyündə problem sayılmazdı:

“Düşünə bilərdik ki, reklam çarxında kobud səhvlər var və cəmiyyət bunu birmənalı şəkildə rədd edir. Müasir cəmiyyətlərdə belə hallara kifayət qədər tez-tez rast gəlinir. Lakin burada narahatlıq doğuran məqamlar var. Statistika elmi ilə tanış olan mütəxəssislər, eləcə də biz – sosioloqların yaxından tanış olduğumuz və statistika çıxarmağa çalışarkən hər zaman istifadə etdiyimiz Koxran düsturu var. Bu düstura əsaslansaq, deyə bilərəm ki, 10 milyonluq bir əhalinin həqiqi fikrini 3 faizlik bir xəta payı ilə (hansı ki, kifayət qədər dəqiq nəticədir) öyrənə bilmək üçün bizə təxminən 1000-1200 nəfərin iştirak etdiyi bir səsvermə və ya anket sorğusu kifayətdir. Hazırda isə əlimizdə 1800-dən çox insanın iştirak etdiyi bir “Instagram” səsverməsi mövcuddur. Sorğuda Taleh Yüzbəyovun üzr istəməli və ya istəməməli olduğu soruşulub. 81 faiz iştirakçı “ehtiyac yoxdur” cavabını, 19 faiz iştirakçı isə “üzr istəməlidir” cavabını seçib. Nəzərə alsaq ki, iştirakçı sayı kifayət qədər çoxdur, əminliklə deyə bilərik ki, bu təqribi 80-20 nisbəti bütün cəmiyyətimizin düşüncə tərzini əks etdirir. Məsələnin problemli yönü də məhz burada üzə çıxır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar