Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.
Bakupost.az xəbər verir ki, siyasətçinin mətbuat xidmətinə yaxın olan "Pul Pervovo" "Telegram" kanalı hava limanından görüntülər paylaşıb.
Kadrlarda dövlət başçısının üzərində "Belarus" yazılmış təyyarədən düşdüyü əks olunub. O, təyyarədən endikdən sonra əl yelləyərək avtomobilə əyləşib.
İyunun 26-da dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Liderlər ikitərəfli əməkdaşlığı, regionda və dünyadakı mövcud vəziyyəti müzakirə edəcəklər.