Ru
16:25 / 20 Avqust 2026

“Alibaba” “Nvidia”ya meydan oxuyur

“Alibaba” “Nvidia”ya meydan oxuyur
Eye

“Alibaba”nın “RISC-V” əsaslı “XuanTie C950” prosessorunun şirkətin 27 milyard parametrli “Qwen-3.8” süni intellekt modelini birbaşa işlədə bildiyi açıqlanıb.

“Bakupost” xəbər verir ki, prosessor modeli saniyədə 30 token sürəti ilə işlədə bilir.

“XuanTie C950” 64 bitlik “RISC-V” arxitekturasına əsaslanır və 64 prosessor nüvəsinə malikdir.

Çip süni intellekt iş yükləri üçün matris və vektor sürətləndirmə bölmələri ilə təchiz olunub.

“Alibaba” öz süni intellekt modellərini hazırladığı prosessorlarda birbaşa işlətməklə hardware və proqram təminatını eyni ekosistemdə birləşdirməyi hədəfləyir.

Bu yanaşma şirkətin “Nvidia”nın çip, proqram təminatı və süni intellekt modellərini bir ekosistemdə birləşdirən strategiyasına yaxınlaşdığını göstərir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar