Xocalı hadisələri dövründə atamın davranışları bizim yaddaşımızda qalıb. Bakıya gedəndə bizim paltarlarımızdan, uşaq əşyalarımızdan götürərdi və əsirlikdən geri qaytarılmış uşaqlara aparardı.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı Zümrüd Bağırova EDnews-a geniş müsahibəsində deyib.
O, atası ilə bağlı xatirələrindən danışıb:
"Bir dəfə əsirlikdən çıxarılan balaca oğlan uşağı ilə bağlı evdə söhbət olmuşdu. Uşağın valideynləri tapılmamışdı. Atam hətta demişdi ki, əgər yaxınları tapılmasa, bizdə qalar, bizim ailənin bir üzvü kimi böyüyər. Sonradan məlum oldu ki, qohumları tapılıb və uşağı aparıblar. Bu hadisə mənim üçün atamın necə insan olduğunun ən böyük göstəricilərindən biridir".
Zümrüd Bağırova əsirlər məsələsinin atası üçün ağır mövzu olduğunu bildirib:
"Bəzən evdə danışırdı ki, əsirlikdən qayıdan insanların vəziyyəti çox ağır olurdu. Xüsusilə qadınlar və qızlarla bağlı hadisələr onu sarsıdırdı. Deyirdi ki, bəzən insanlar o qədər ağır vəziyyətə salınırdı ki, onların ailəyə qaytarılması prosesi belə çox həssas yanaşma tələb edirdi. Atam bu insanların ləyaqətinin qorunmasına xüsusi diqqət göstərirdi. Bu gün bəzən kənardan baxıb asan mühakimə edənlər olur. Amma həmin dövrün ağırlığını yaşayanlar vəziyyətin necə çətin olduğunu bilir".
O, həmçinin atası və Vitali Balasanyanla bağlı səslənən fikirlərə aydınlıq gətirib:
"Bu mövzu ailə olaraq bizi həmişə narahat edib. Açıq şəkildə demək istəyirəm ki, atam heç vaxt Vitali ilə dost olmayıb. İnsanlar əsir dəyişdirilməsi prosesini şəxsi münasibətlə qarışdırırlar. Atamın məqsədi yalnız insanları sağ qaytarmaq idi. Bizə ağır gələn odur ki, bəzən onun qəhrəmanlıqları, gördüyü böyük işlər yox, məhz bu mövzular qabardılır. Halbuki o şəhid olandan sonra həmin fəaliyyəti davam etdirən çox az adam oldu".
Qeyd edək ki, bu gün, iyunun 12-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 34 il ötür.
ALLAH yerini cennet elesin
Böyük Qəhrəman Vətən Müdafiəçisi Allahverdi Bağırovun Ruhuna uca Allahdan şaldlıq, həyatda qalanlarına sağlıq aezulayıram. Hörmətli Zümrüd xanım, Qəhrəman şəhidimiz və onun könüllü fədailəri və qurbanları Azərbaycanın Siyasi-Hüquqi və digər həpəndlərinə rəsmən-yazılı hüquqi iddialarla müraciətlər etməyiblərmi? 1992ci ilə qədər Qarabağ hadisə-hərəkatına Azərbaycan üstü Konstitusion SSRİ dövləti də vardı? 1992ci ildən SSRİdən Azad-Müstəqil Azərbaycanımızın *həpəndləri*nin Azərbaycana qarşı millətçi *Miatsum!* terror cinayəti başçılarına qarşı hər hansı dövləti və ya İnterpolda kütləvi hüquqi cinayətlə bağlı iddiaları istənilib, təqdim olunmayıbmı? Qəhrəman A.Bağırov kimi on beş min günahsız vətəndaşın vətən uğrunda müqəddəs qanı tökülüb,, həmin *Miatsum!* kütləvi terroruna başçılıq etmiş Azərbaycan vətəndaşlarna qarşı ehtimal ki, hələ də cinayət işi açılmayıb? Həmin kütləvi cinayətlərinə ramən yüksək siyasi-dplomat səviyyələrə qaldırılmış birinin təkrarən Ermənistanın Baş Naziri vəzifəsinə şans-şərait-imkanı da saxlanıbmış?