Ru
13:30 / 20 May 2026

Alman qonağı Bakıda heyrətləndirən bina...

Alman qonağı Bakıda heyrətləndirən bina...
Eye

Biz Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərq də daxil olmaqla, qlobal cənubun müxtəlif ölkələrində tərəfdaş təşkilatlarla əməkdaşlıq edirik.

Bakupost.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a almaniyalı QHT rəhbəri Eva Dik Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) haqda danışarkən deyib.

O bildirib ki, Almaniyada yerləşən “Misereor” qeyri-hökumət təşkilatında çalışır:

“Biz təşkilatlara maliyyə dəstəyi göstərir, ehtiyac olduqda potensialın artırılması və məsləhət xidmətləri təqdim edirik. Bundan əlavə, birgə təşviqat fəaliyyəti də həyata keçiririk. Məhz buna görə də “Misereor” olaraq burada iştirak etməyimiz bizim üçün çox önəmlidir. Çünki tərəfdaş təşkilatların nümayəndələri ilə görüşmək, daha səmərəli müzakirələr aparmaq, birbaşa ünsiyyət qurmaq, birgə strategiyalar hazırlamaq və əlbəttə ki, bir-birimizdən öyrənmək imkanı əldə edirik”.

Müsahibimiz Bakıya ilk dəfə gəldiyini deyib:

“Bakı yenidən, xüsusilə də digər maraqlı yerləri görmək üçün gəlmək istərdim. Çünki belə tədbirlərdə buna vaxt ayırmaq adətən çətin olur. Üç gün əvvəl gecə saatlarında gəldik. İçərişəhər yaxınlığında yemək yedik və bu, çox xoş təəssürat yaratdı. Daha çox məkanı görməyi səbirsizliklə gözləyirəm”.

O bildirib ki, Bakıda avtobusla şəhərdən keçərkən diqqətini ən çox çəkən detal binalar olub:

“Burada çox qeyri-adi və maraqlı memarlıq nümunələri var. Məsələn, Olimpiya Stadionu və Zaha Hadidin layihələndirdiyi bina (Heydər Əliyev Mərkəzi) həqiqətən çox təsiredicidir. Bunları yaxından görmək istərdim”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar